İyul 24, 2022 13:05 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyə İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırtdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə daima İsveçi Türkiyə Kürdüstan Fəhlə Partiyası- PKK-nın üzvlərini dəstəkləməkdə ittiham edir və bu partiyanın üzvlərinin həmin ölkədə fəaliyyət göstərdiklərini bildirir.

İyulun 21-də PKK, PYD və YPG kimi kürd qruplaşmalarının İsveçin Göteborq şəhərində təbliğat aparmalarından xəbər tutandan sonra Türkiyə Xarici İşlər Nazirliyi İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırtdırıb və bu barədə olan etiraz və narazılığı İsveç hökumətinə çatdırıb.

Türkiyədəki diplomatik mənbələr bildiriblər ki bu sahədə Ankaranın həmin hərəkətin amillərinin müəyyən edilməsi, qanuni və zəruri tədbirlərin görülməsi və üçlü memorandumda qeyd olunan öhdəliklərə əsasən, konkret addımların atılması ilə bağlı gözləntiləri vurğulanıb.

Türkiyə iyunun 28-də Finlandiya və İsveçlə onların Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya daxil olmaları ilə bağlı üçtərəfli anlaşma sənədi imzalayıb.

Bu memorandumda İsveç və Finlandiya Türkiyə Kürdüstan Fəhlə Partiyası- PKK-ya qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq edəcəkləri və Ankaranın nəzərdə tutduğu terror qruplarına dəstək verməyəcəkləri barədə üzərlərinə öhdəlik götürüblər.

 

Teqlər