İyul 27, 2022 20:11 Asia/Baku
  • Abdulla Şahid “soyqırımı abidəsi”ni ziyarət etdi; Türkiyə reaksiya verdi

BMT Baş Assambleyasının 76-cı sessiyasının Prezidenti və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı abidəsini” ziyarət etməsi başa düşülmür. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, BMT Baş Assambleyasının prezidenti kimi tərəfsiz vəzifəni icra edən biri diqqətli olmalı və məsuliyyətli davranmalı idi.

Bəyanatda əlavə olaraq deyilir:  “Tarixi faktlar və beynəlxalq hüququn siyasi manipulyasiya ilə təhrif edilməsi cəhdlərini qınayır və rədd edirik. Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin tam, adil və dürüst çərçivədə müzakirə edilməsi qənaətindədir”.

Teqlər