Türkiyə prezidenti Aşura mərasimində iştirak edib
https://azeri.sahartv.ir/news/türkiyə-i392003-türkiyə_prezidenti_aşura_mərasimində_iştirak_edib
Türkiyə prezidenti Aşura mərasimində iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2022 06:30 Asia/Baku
  •  Türkiyə prezidenti Aşura mərasimində iştirak edib

Türkiyə prezidenti Aşura mərasimində iştirak edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.

Prezident bu haqda tvitter hesabında yazıb: “Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm”,- deyə paylaşımda qeyd olunub.

Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib və sinə vurub.

Məclisdə vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.