Bakı aeroportuna təcili eniş olub
https://azeri.sahartv.ir/news/türkiyə-i392127-bakı_aeroportuna_təcili_eniş_olub
"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakı aeroportuna təcili eniş edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2022 07:45 Asia/Baku
  •   Bakı aeroportuna təcili eniş olub

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakı aeroportuna təcili eniş edib.

SəhərAzəri-nin məlumatına əsasən, "Boeing B737" təyyarəsinin kapitanı plandankənar enmək tələbinin baqaj bölməsində işləyən tüstü sensoru ilə bağlı olduğunu bildirib.

Təyyarə saat 09:18-də Heydər Əliyev hava limanında uğurlu eniş edib.

Bakı Aeroportunun məlumatında deyilir ki, təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.