Sərhəd postuna hücumda iki Türkiyə əsgəri öldürülüb
Avq 16, 2022 18:35 Asia/Baku
Türkiyənin Suriya ilə sərhəd postuna hücumda iki Türkiyə əsgəri öldürülüb, dörd nəfər isə yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin bir yerli rəsmisi bu gün həmin hadisənin Suriya torpaqları ilə sərhəd bölgəsində və Türkiyənin cənub-şərqindəki “Şanlı Urfa” şəhərinin yaxınlığında yerləşən sərhəd postunda baş verdiyini bildirib.
Ötən iki ayda öz hücumlarını kəskinləşdirən Türkiyə ordusu və bu ölkənin himayəsi altında olan silahlı qruplar dəfələrlə Suriyanın Hələb və Əl-Həsəkə vilayətlərinin rayonlarını artilleriya və raket atəşlərinə tutublar.