Avq 20, 2022 12:43 Asia/Baku
  • Fələstinlilər Türkiyənin İsrailə yaxınlaşmasından narazıdırlar

Fələstin İslami Cihad Hərəkatı rəsmi Ankaranı xəyanətdə ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının mətbuat katibi Tariq Səlmi Türkiyə ilə sionist rejim arasında səfir mübadiləsini və iki tərəf arasında əlaqələrin ən yüksək səviyyədə təşviqini kəskin şəkildə pisləyib.

T. Səlmi öz açıqlamasında işğalçı rejimin cinayətləri, gündəlik terror və təcavüzünün kölgəsində səfir mübadiləsinin bu rejimi daha çox cinayət törətməyə sövq etdiyini bildirib.

İslami Cihad Hərəkatının mətbuat katibi vurğulayıb: "İstənilən formada və istənilən ərəb və ya İslam ölkəsi tərəfindən sionsit rejimlə münasibətlərin normallaşdırılması Fələstin xalqının kürəyinə xəncər saplamaq deməkdir."

Qeyd edək ki, işğalçı sionist rejimin baş naziri və Türkiyə prezidenti çərşənbə axşamı telefon danışığında iki tərəf arasında əlaqələrin tamamilə normallaşdığını və səfirlərin mübadiləsini rəsmi şəkildə elan ediblər.

Teqlər