ABŞ senatoru Türkiyəni Şərqi Aralıq dənizində təhlükə adlandırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i392550-abŞ_senatoru_türkiyəni_Şərqi_aralıq_dənizində_təhlükə_adlandırıb
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Türkiyəni Şərqi Aralıq dənizində ən böyük təhlükə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2022 08:26 Asia/Baku
  • ABŞ senatoru Türkiyəni Şərqi Aralıq dənizində təhlükə adlandırıb

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Türkiyəni Şərqi Aralıq dənizində ən böyük təhlükə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, amerikalı senator deyib ki, Türkiyə Şərqi Aralıq dənizində ən davamlı və birbaşa təhlükə olaraq qalır. 

 

Menendez Çin və Rusiya ilə yanaşı Türkiyəni də beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlər sırasına daxil edib.

O, həmçinin bildirib ki, Ankaranın davranışı Türkiyəni demokratik ölkə kimi xarakterizə etmir. Menendezin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın ABŞ-dan F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı sövdələşməni dəstəkləmir.

Siyasətçi qeyd edib ki, Türkiyə ABŞ və Yunanıstanın NATO üzrə müttəfiqi olmasına baxmayaraq, Egeydə təxribat xarakterli uçuşlarla Yunanıstanın suverenliyinə meydan oxuyur”.