Türkiyədə bir azərbaycanlı qətlə yetirilib
https://azeri.sahartv.ir/news/türkiyə-i392803-türkiyədə_bir_azərbaycanlı_qətlə_yetirilib
Türkiyə mətbuatı İstanbulda baş verən atışmada bir azərbaycanlının qətlə yetirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2022 08:23 Asia/Baku
  • Türkiyədə bir azərbaycanlı qətlə yetirilib

Türkiyə mətbuatı İstanbulda baş verən atışmada bir azərbaycanlının qətlə yetirilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Türkiyə hüquq-mühafizə orqanları saxlanılan şübhəliləri belə təqdim ediblər: Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. Onların üzərindən 2 ədəd tapança aşkar edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.