Sen 05, 2022 12:20 Asia/Baku
  • Türkiyə və Yunanıstanın hava qarşıdurması: Egey üzərində qırıcılar təqib edilib

Yunanıstan Müdafiə Nazirliyi Egey dənizi üzərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir sıra qırıcı və pilotsuz təyyarələrin müəyyən edilərək, təqib edildiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına görə, Yunanıstanın Müdafiə Nazirliyi bazar günü elan edib ki, son 24 saat ərzində Türkiyə qırıcıları və pilotsuz təyyarələri tərəfindən bu ölkənin hava məkanının 57 dəfə pozulması halı baş verib. 

Məlumata əsasən, bütün hallar beynəlxalq qanunlara əsasən, Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən müəyyən edilərək, izlənilib.

Bu elə bir haldadır ki, Türkiyə Milli Müdafiə Nazirliyi bazar günü bildirib ki, Yunanıstan son səkkiz ayda Türkiyənin hava məkanını və ərazi sularını 1123 dəfə pozub.

Afina ilə Ankara arasında gərginliyin davamında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib ki, Yunanıstanın Türkiye qırıcılarını narahat etməsi təhlükəli nəticələrə səbəb ola bilər.

Ömər Çelik xəbərdarlıq edib ki, bu pozuntulara reaksiya dünyanın heç vaxt istəmədiyi bir vəziyyət yaradır.

Çelik, həmçinin Qərbi kəskin şəkildə tənqid edərək, deyib: "Türkiyəni Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə tənqid edənlər Türkiyənin F-16-larına qarşı S-300-lərdən istifadə edən Yunanıstana qarşı da səslərini ucaltmalıdırlar".

Teqlər