Sen 25, 2022 13:00 Asia/Baku
  • Türkiyə Amerikanın F-16-ları əvəzinə Rusiyadan Su-35 ala bilər

ABŞ Türkiyəyə döyüş təyyarələri satmaqdan imtina edərsə, Rusiyanın Su-35 qırıcıları Amerikanın F-16-larına alternativ ola bilər. 

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə şənbə günü Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir "CNN Türk" telekanalının efirində bildirib. 

 

"Türkiyənin alternativləri var. Türkiyəyə F-16 satışı baş tutmasa, Su-35 də daxil olmaqla müxtəlif alternativlər masada olacaq", deyə Dəmir bildirib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən həftə jurnalistlərə bildirib ki, ABŞ hakimiyyəti Ankaraya F-16-ların satışı ilə bağlı təhqiqatı təsdiq etməyə meyllidir.  

Türkiyə Hərbi Hava Qüvvələrində olan təyyarələrini modernləşdirmək üçün 40 F-16 Block 70 qırıcısı və 80 Block 70 dəsti almaq niyyətindədir. 

Teqlər