Türkiyə və Rusiya başçıları telefonla söhbət ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i393651-türkiyə_və_rusiya_başçıları_telefonla_söhbət_ediblər
Türkiyə prezidenti Rusiya prezidentilə telefon söhbətində Moskva ilə Kiyev arasında vasitəçiliyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2022 09:57 Asia/Baku
  • Türkiyə və Rusiya başçıları telefonla söhbət ediblər

Türkiyə prezidenti Rusiya prezidentilə telefon söhbətində Moskva ilə Kiyev arasında vasitəçiliyə hazır olduğunu bildirib.

Türkiyə prezident administrasiyası dünən gecə bir bəyanatda bildiribdir ki, iki ölkənin başçıları Ukrayna savaşının son durumu barədə telefonla söhbət ediblər.

Ərdoğan Putindən müzakirələrə yeni fürsət verməsini istəyibdir.

Son zamanlar iki yüz rus və ukraynalı əsir mübadilə olundu və Rəcəb Tayyıb Ərdoğan bu telefon danışığında əsirlər mübadiləsinin uğurla başa çatmasından söz açıb.

Türkiyə prezidenti taxılın noyabr ayında Ukrayna limanlarından dünya bazarlarına köçürülməsi üçün nəzərdə tutulmuş zamanın başa çatmasına işarə edib, Rusiiyadan taxıl və gübrə ixracatı üzrə səylərdən söz açıb.

Ərdoğan əlavə edib: Daha çox müsbət olaylar üçün şəraitin yaradıllması və gərginliyin azaldılmsı bəzi addımlar tələb edir.