Okt 04, 2022 12:08 Asia/Baku
  • Ərdoğan Paşinyanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

SəhərAzəri-nin məlumatına görə, bu barədə bu gün Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş zamanı Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin məhz Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaq.

Qəzetin xəbərinə görə, Türkiyə liderinin erməni Baş nazirlə görüşündə regionda gərginliyin qarşısının alınması yolları və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması mövzusu eləcə də kommunikasiyaların bərpası məsələsi müzakirə ediləcək.

Teqlər