İsrailin hərb naziri Türkiyəyə gəlir
https://azeri.sahartv.ir/news/türkiyə-i394468-İsrailin_hərb_naziri_türkiyəyə_gəlir
Sionist İsrail rejiminin hərb naziri son 10 ildə ilk dəfə Türkiyəyə səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2022 07:37 Asia/Baku
  • İsrailin hərb naziri Türkiyəyə gəlir

Sionist İsrail rejiminin hərb naziri son 10 ildə ilk dəfə Türkiyəyə səfər edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Benni Qantz Ankaraya rəsmi səfərə getməsi ilə bağlı məlumatı təsdiqləyib.

O, bu barədə çərşənbə günü özünün “Twitter” səhifəsində yazıb və qeyd edib ki, bu, yəhudi dövlətinin müdafiə idarəsi rəhbərinin son 10 ildə Türkiyəyə ilk səfəridir.

“Hazırda Türkiyəyə rəsmi səfərlə yola düşürəm və bu səfər zamanı həmkarım Hulusi Akarla görüşüm var. İsrail və Türkiyə müdafiə nazirləri 10 ildən sonra ilk dəfə görüşəcəklər. Yaxın Şərqdə təhlükəsizliyi, sabitliyi və sülhü təmin etmək üçün məhsuldar müzakirələr gözləyirəm”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə hökuməti zaman zaman qondarma İsrail rejimini terror dövləti adlandırıb və hazırda onunla bazarlıq etməklə məşğuldur. 

İsrailin məzlum Fələstin xalqına qarşı öz cinayətlərini davam etdirdiyi bir vaxtda Türkiyənin bu qədər əvvəlki mövqeyindən geri çəkilməsi ölkə əhalisini hiddətləndirir.