Noy 13, 2022 18:39 Asia/Baku
  • İstanbul partlayışında 6 nəfər ölüb-YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

 İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb:

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik".

-------------------

İstanbulun İstiqlal küçəsində partlayış baş verib

Bu gün yerli vaxtla saat 16:20 radələrində Türkiyənin İstanbul şəhərinin Taksim İstiqlal küçəsində partlayış baş verib.

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq",- Yerlikaya deyib.

Türkiyə KİV isə hadisə nəticəsində 5 nəfər öldüyü, 36 nəfərin yaralandığını bildirib. 

Partlayışın səbəbi hələlik məlum deyil.

Teqlər