Ərdoğan terrorçuların layiq olduqları cəzanı alacaqlarını deyib
Noy 13, 2022 21:00 Asia/Baku
İstanbulun İstiqlal küçəsində baş verən partlayışdan sonra Türkiyə Prezidenti bu hadisənin terror aktı olduğunu və hadisədə hadisədə təqsirli bilinənlərin cəzalandırılacağını deyib.
Ərdoğan İstiqlal küçəsində törədilən partlayışı xəyanətkar hücum adlandırıb və onu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində müvafiq qrumların öz fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Ərdoğan bombalı hücumda həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyib.
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb. Hələlik hadisənin məsuliyyətini kimsə öz üzərinə götürməyib.