Dek 03, 2022 11:43 Asia/Baku
  • Əsəd Ərdoğanın görüş istəyini rədd edib

Reuters agentliyi üç fərqli mənbəyə istinadla yazır ki, Suriya prezidenti Bəşar Əsəd türkiyəli həmkarının görüş istəyini rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, R.T.Ərdoğan dəfələrlə Bəşar Əsədlə görüşmək istədiyini, siyasətdə “küsülülük olmaz” deyib.

İqtisadi böhran yaşayan Türkiyədə seçkilər yaxınlaşır. Ərdoğan Bəşar Əsədlə görüşüb, suriyalı miqrantların Türkiyədən geri göndərilməsini niyyət edir.

2023-cü il seçkiləri üçün müxalifətın vahid namizəd irəli sürməklə qələbə çala biləcəyindən ehtiyatlanan Ərdoğanın Əsəddən rədd cavabı alması onu çətin vəziyyətdə qoyur.

 

Teqlər