Mart 20, 2023 18:14 Asia/Baku
  • Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ötdü

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb. Son sel nəticəsində isə 19 nəfər həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən, TRT Haberə xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer bu ölkədə baş verən son zəlzələ nəticəsində 50 min 96 nəfərin həyatını itirdiyini bildirib. 

O qeyd edib ki, yaralıların sayı isə 107 204 nəfərdir.

Türkiyədə son günlər baş verən sel nəticəsində həlak olanların sayı da açıqlanıb.

Türkiyənin Şanlıurfa və Adıyaman bölgələrində sel fəlakətində həyatını itirənlərin sayı 19-a yüksəlib.

 

 

 

Teqlər