Apr 21, 2023 15:27 Asia/Baku
  • Türkiyədə güclü qasırğa baş verib

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda baş verən qasırğa fevraın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub...

SəhərAzəri-nin məlumatına görə, fevralın 6-da baş vermiş zəlzələ zamanı zərər çəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub. Güclü qasırğa zəlzələdən sağ çıxanların saxlandığı çadırların bəzilərini uçurub. Əraziyə təcili yardım və xilasetmə qrupu cəlb edilib.

Son məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb, 50 nəfər yaralanıb. Səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirilib.

Teqlər