ABŞ-ın Türkiyə seçkilərində çevrilişə səy göstərməsi ehtimal olunur
Türkiyənin daxili işlər naziri deyib ki: Amerika mayın on dördündə, 2016-cı ildəki prezident seçkilərində etdiyi çevrilişi nəticəyə çatdırmağa çalışacaq.
SəhərAzəri-nin məlumatına görə, Türkiyə telekanallarından birinə müsahibə verən Süleyman Soylu bildirib ki: Onlar bu işi həmin çevrilişdə görə bilmədilər. Hazırda bir daha seçkilər zamanı bu işə əl atacaqlar.
Türkiyənin daxili işlər naziri həmçinin Amerikanı 1960 və 1971-ci illərdə Türkiyədə çevrilşi koordinasiya etməkdə ittiham edib.
O, deyib: “Hazırda bir çox çıxışlar edən” şəxslə “bir marağı olan ölkə”nin səfiri arasında keçirilən görüş qeydə alınıb. Görüş dörd ay bundan əvvəl və həmin xarici rəsminin Türkiyəyə səfəri əsnasında keçirilib və bu zaman, sözügedən şəxsə “çaxnaşma törətmə metodları” barədə tövsiyələr edilib.
Türkiyənin daxili işlər naziri bu ölkənin hazırkı prezidenti Rəcəb Tayyıp Ərdoğanın hazırda ilkin səsvermə mərhələsində olan prezident seçkilərində asanlıqla qalib gələcəyinə əmin olduğunu bildirib. Bununla belə, Soylu qeyd edibdir ki, heç kəs seçkilərə qalan on bir gündə Türkiyədə hansı hadisənin baş verə biləcəyini bilmir.