Türkiyədə seçki həyəcanı yaşanır
Namizədlərin bir-birinə qarşı əks ittihamı şiddətlənib - TƏHLİL
Türkiyədə seçki həyəcanı yaşanır, namizədlər bir-birinə qarşı əks ittihamlar irəli sürürlər.
Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkilərinə beş gündən az vaxt qalıb.
Ali Seçki Şurasının sərəncamına əsasən, Türkiyədə bəzi seçki qadağalarına başlanılıb və bu şura medianın işinə, təbliğat-təşviqat tədbirlərinə ciddi nəzarət edir.
Türkiyə prezident seçkilərində iştirak edəcək 4 namizəd arasında əsas rəqabətin Rəcəb Təyyib Ərdoğanla Kamal Kılıçdaroğlu arasında olduğu aylardır məlumdur. Bu vəziyyətdə müxtəlif səviyyələrdəki seçki namizədləri ittihamlar irəli sürərək cəmiyyətin boz hissəsini və ya Türkiyə cəmiyyətinin seçkidə iştirak etmək istəməyən və ya əsas namizədini seçib müəyyən etməyən kəsimini özlərinə tərəf çəkməyə çalışırlar.
Bununla əlaqədar olaraq Ərdoğan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun Qərblə əlaqəsi olduğunu iddia edib.
Xatırladaq ki, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, xüsusən də İkinci Dünya Müharibəsindən sonra Ankaranın siyasəti həmişə Qərbə üstünlük vermək və NATO hərbi təşkilatına tabe olmaq üzərində qurulub.
Altı müxalifət partiyasından ibarət Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu bu yaxınlarda Britaniya hökumətinə bağlı xəbər kanalı olan BBC-yə müsahibəsində Rusiya ilə münasibətdənsə, Ankaranın Vaşinqtonla münasibətinə üstünlük verməli olduğunu bildirib.
O, çıxışının digər hissəsində Ərdoğanı diktator və Türkiyənin Avropa Birliyinə daxil olmasının əleyhdarı kimi təqdim edib.
Ümumiyyətlə, demək lazımdır: Türkiyədə 13-cü prezident seçkilərində namizədlərin rəqabəti sağlam rəqabətdən bir qədər uzaqdır və əks ittihamlar çərçivəsində hər iki düşərgə bir-birini hansısa xarici dövlətin əsas namizədi kimi təqdim edir.
Əslində, Qərb hökumətləri Ərdoğanın Türkiyə siyasətindən uzaqlaşmasına nə qədər sərmayə qoyubsa, Rusiya da Kamal Kılıçdaroğlunun Türkiyədə Qərb siyasətini dəstəkləyən siyasətçi kimi seçilməsinin əleyhinədir.