Okt 26, 2023 15:43 Asia/Baku
  • Türk Lirəsi dəyər itirməkdə davam edir

Türkiyədə dolların məzənnəsi yenidən rekord vurub. Bu gün səhər saatlarında dolların məzənnəsi günə 28.15 lirədən başlayıb. Lirə ilin əvvəlindən bu yana dollar qarşısında 33,5 faiz dəyər itirib.

Türkiyə KİV-ləri bildirirlər ki, inflyasiyanı azaltmağa qərarlı olduğu mesajını verən Türkiyənin Mərkəzi Bankının (TCMB) mərhələli faiz artımlarına davam edəcəyi və uçot dərəcəsini 5 faiz artıraraq 35 faizə qaldıracağı gözlənilir.

Faiz artımı ilə yanaşı, bazarlar önümüzdəki dövrdə sərtləşmənin nə qədər sürətlə davam edəcəyinə dair mesajları da izləyəcək.

Dolların məzənnəsində sentyabr ayının əvvəlindən davam edən gündəlik məhdud yüksəliş bu gün də davam edib. Məzənnə günə yeni rekordla - 28.15 lirədən başlayıb.

Dünən İstanbul birjasının fəaliyyəti bir müddət dayandırılıb. Bu, birjanın əsas indeksi olan BIST100 indeksinin 5 faiz ucuzlaşmasından sonra baş verib. Ucuzlaşmanın əsas səbəbi kimi ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentdə İsrail əleyhinə səsləndirdiyi bəyanatları göstərirlər.