Həmas öz vətəni uğrunda vuruşur
Qərb ölkələrinin Həmas-ı terrorçu adlandırmaq üzrə iddialarını rədd edən Türkiyə prezidenti bildiribdir ki, Həmas qüvvələri öz torpaqlarını mühafizə və müdafiə məqsədilə döyüşürlər.
İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqasının birgə sammitindən geri dönən Rəcəb Tayyıp Ərdoğan BMT-nin və sair beynəlxalq təşkilatların Fələstin müsəlmanlarının hüquqlarının müdafiəsi istiqamətindəki zəiflik və faydasızlıqlarını tənqid edib. O, beynəlxalq strukturun islah edilməsi zərurətinə təkid edib.
Türkiyə prezidenti söyləyib: Dünyanın gələcəyi və insanların həyatını veto haqqına malik olan beş ölkənin ixtiyarına qoymaq olmaz. BMT-də veto və daimi üzvlük sistemi dəyişdirilməlidir.
Qəzzə/ işğalçı İsrailin qəsəbə sakinlərinə deyil,/ Fələstin xalqına aiddir- deyə, Ərdoğan vurğulayıb.
O, dünya ictimaiyyətindən istəyibdir ki, sionist rejimin Qəzzədəki cinayətləri və qırğınlarına qarşı tədbir görsün.