Avq 29, 2024 17:16 Asia/Baku
  • “Türkiyə istəsəydi, İsrailə gedən neftin qarşısını kəsə bilərdi”

Bunu sionist rejimin keçmiş milli təhlükəsizlik məmuru Çuk Freiliç ABŞ-da çıxan Politico nəşri ilə müsahibədə deyib

   SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin keçmiş milli təhlükəsizlik məmuru Çuk Freiliç ABŞ-da çıxan Politico nəşri ilə müsahibədə deyib: “Türkiyə istəsəydi, İsrailə gedən neftin qarşısını kəsə bilərdi: İsrail neftinin böyük hissəsi Türkiyəyə boru kəmərləri ilə gəlir və onlar istəsələr, bunu dayandıra bilərdilər”.

Politico qeyd edir ki, İsrailin enerji ilə bağlı çoxdan problemi var. Xam neft, benzin və dizelə çıxış zaman - zaman İsrail siyasətçiləri üçün böyük başağrısı olub. Hazırda İsrailin dəqiq neft idxalı statistikası milli sirr olsa da, Azərbaycan təkcə ötən yanvar ayında İsrailə 300 milyon dollar dəyərində xam neft satıb.

Bakı Topçubaşov Mərkəzinin elmi işçisi Ayaz Rzayev bu barədə Politico-nun müxbirinə deyib ki, İsrail Azərbaycanı müsəlmanların çoxluq təşkil etdiyi dünya daxilində həlledici müttəfiq kimi qiymətləndirir.

 

Teqlər