Ərdoğan: İsrail region və dünya sülhü üçün bir təhdiddir
Türkiyə prezidenti sionist rejimi regional və beynəlxalq sülh üçün bir təhdid adlandırıb və belə vurğulayıb: Beynəlxalq sülhü qorumaq vəzifəsini daşıyanlar bu təhdidə son qoymalıdırlar.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan xəbərdarlıq edibdir ki, İsrail rejimi təkcə Fələstində deyil, Lİvanda da sabitlik və təhlükəsizliyi hədəfləyib və region ölkələrində səbatsızlığı genişləndirmək məqsədi güdür.
Hamının gözləri önündə Qəzzə zolağında törədilən soyqırım, bəşəriyyət tarixinin ən utancgətirici hadisələrindəndir- deyə, Ərdoğan bildirib.
Bundan öncə İsrail rejimini sionist terrorçu təşkilat və on minlərlə fələstinli mülkinin, o sıradan uşaq və qadının qanının axıdılmasında məsuliyyət daşıyan bədheybət adlandıran Türkiyə prezidenti əlavə edib: «İsrail» adında sionist terrorçu təşkilatın kənarında duran kəslər nəsillər boyu bu rüsvayçılıq damğalarını öz alınlarında daşıyacaqlar.
Sionist rejimin baş nazrinin və onun cinayətkar hamilərinin röyaları bir kabusa çevriləcək- deyən Türkiyə prezidenti vurğulayıbdır ki: Fələstin azad olacaq, Livan da azad qalacaqdır.