Gümrü-Kars dəmir yolunun işi bərpa edilir?
https://azeri.sahartv.ir/news/türkiyə-i415550-gümrü_kars_dəmir_yolunun_işi_bərpa_edilir
Ermənistan və Türkiyə nümayəndələri Gümrü-Kars dəmir yolunun işinin bərpası şərtlərini müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər.
(last modified 2024-10-25T08:59:50+00:00 )
Okt 25, 2024 12:57 Asia/Baku
  • Gümrü-Kars dəmir yolunun işi bərpa edilir?

Ermənistan və Türkiyə nümayəndələri Gümrü-Kars dəmir yolunun işinin bərpası şərtlərini müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər.

Ermənistan parlamentinin spikeri, Türkiyə ilə danışıqlarda ölkənin xüsusi nümayəndəsi Ruben Rubinyan "Azadlıq" radiosuna bildirib ki,  xüsusən, söhbət Gümrü-Kars dəmir yolunun keçdiyi Marqara körpüsündən gedir.

O, nikbinliyini ifadə edərək, Türkiyə tərəfi ilə dialoqun kifayət qədər sürətlə inkişaf etdiyini, yaxın gələcəkdə real nəticələrin olacağını qeyd edib.

"Biz bütün əldə edilmiş razılaşmaların həyata keçiriləcəyini və nizamlanma prosesinin diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə başa çatacağını gözləyirik. Biz bunu elə sabah etməyə hazırıq", deyə Rubinyan bildirib.