Türkiyədə 216 İŞİD-çi saxlanılıb
Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bazar ertəsi məlumat verib.
"Şübhəlilərin keçmişdə qruplaşmadakı fəaliyyəti və hansı səviyyədə məsuliyyət daşımaları ilə, həmçinin İŞİD-in maliyyələşdirilməsi ilə əlaqələri ilə bağlı araşdırmalar başlayıb", - nazir X sosial şəbəkəsində bildirib.
Əməliyyat ölkənin paytaxtı Ankara, o cümlədən İstanbul, Antalya və digər vilayətlərdə keçirilib.
Ankaradakı son terror aktının məsuliyyətinin PKK-nın öz üzərinə görürməsinə baxmayaraq türkiyəli ekspertlər bu terrorun sifarişini Qərb ölkələri və sionist İsrail rejiminin verdiyini bildirmişdilər. İŞİD terror qruplaşmasının qalıqları qərb və sionist rejimin dəstəyi ilə müsəlman xalqlara qarşı terror məqsədi ilə istifadə edilir.