Türkiyə sionist rejimin cinayətlərini qınamaqda davam edir
https://azeri.sahartv.ir/news/türkiyə-i415674-türkiyə_sionist_rejimin_cinayətlərini_qınamaqda_davam_edir
Ərdoğan: Netanyahu qlobal sistemin məhvinin sübutudur
(last modified 2024-10-31T03:38:26+00:00 )
Okt 31, 2024 07:37 Asia/Baku
  • Türkiyə sionist rejimin cinayətlərini qınamaqda davam edir

Ərdoğan: Netanyahu qlobal sistemin məhvinin sübutudur

  SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bəyan edib ki, beynəlxalq ictimaiyyət İsrailin Qəzzə zolağında zorakılığını dayandırmaq üçün təsirli və çəkindirici tədbirlər görmür.

  Cənab Ərdoğan deyib: “Təəssüf ki, Netanyahu adlı bəşəriyyətin düşməninin qarşısını almaq üçün təsirli və çəkindirici addımlar atılmır. Bu, II Dünya müharibəsindən sonra yaradılmış qlobal sistemin özünü məhv etməsinin ən konkret sübutudur”.

  Türkiyə liderinin sözlərinə görə, Qəzzədə baş verən soyqırım dünyanın bütün maskalarını ortaya çıxardı.