Türkiyə İsrail rejiminin neftini təmin etməkdə davam edir
Məlumatlar göstərir ki, Türkiyə hökuməti İsrail rejiminə neft sanksiyası tətbiq etdiyini bildirsə də, Ankara İsrail rejiminə iri miqdarda neft təqdim etməkdə davam edir
İsrailin Qəzzə zolağında törətdiyi soyqırımla əlaqədar adlandrılan «Stop Fueling Genocide» kampaniyasının təhqiqatçıları peyk görüntüləri və gəmiçilik məlumatlarını toplayıblar.
Araşdırmaların nəticələri göstərir ki, xam neft birbaşa şəkildə Türkiyənin Ceyhan limanından işğal olunmuş Fələstin ərazilərində yerləşən Əsqəlan bölgəsinin yaxınlığındakı boru xəttinə təhvil verilib. Bu marşrutdan idxalat, İsrail rejimi neftinin bütün idxalatının təqribən otuz faizini təşkil edir. İsrail rejiminə xam neft təhvil verən Türkiyə gəmiləri öz ötürücülərini söndürsələr də, bir neçə gündən sonra görün. Bununla belə, onları peyk görüntülərində müşahidə emtək olar.
«Stop Fueling Genocide» şirkətinin təhqiqatçıları qeyd ediblər ki, bu yüklər İsrail rejimi ilə Türkiyə arasındakı cari ticarətdə buz dağının ucudur. Onlar vurğulayıblar ki, İsrail rejiminə göndərilən yanacaq, bu rejimin müharibə səylərinə dəstək istiqamətində aparıcı rol oynayır.
Türkiyə islami hökuməti Cənub-Şərqi Asiyadan tutmuş Afrikanın qərbinədək, biz sözlə, bütün dünyada müsəlman əksəriyyətli ölkələr arasında yumşaq qüdrətin genişləndirilməsinə iri sərmayə yatırmaqla/ özünü İslam Dünyasının rəhbəri kimi təqdim etməyə can atır.
Cari İsrail-Fələstin münaqişəsinin bir çox müsəlman sakinli ölkədə şon dərəcə həssas mövzu olduğuna görə, Ankara/ İsrail rejiminin siyasətlərinin əsas tənqidçisi kimi tutduğu mövqedən/ mənfəət qazanıb və onun rəhbərliyi/ əksərən/ özünəməxsus birbaşa ifadələr işlədir.
Bununla belə, Türkiyənin siyasətləri böyük miqdarda/ NATO üzvü olan bu ölkənin durumunu göstərir. Türkiyə İsrail rejiminin strateji ortağıdır. Türkiyə və İsrail rejiminin yaxın müdafiə ortaqlığının bir neçə onillik tarixi var. Bunun bariz nümunəsi, işğal olunmuş ərazilərin İsrail rejimi üçün Türkiyə tərəfindən geniş şəkildə bərpa edilməsi, Türkiyənin «F-4E» qırıcıları donanmasının da sionist rejm vasitəsilə modernləşdirilməsidir.
Məlumatlar ondan xəbər verir ki, Türkiyə və İsrail rejimi özlərinin Suriyaya və Livanın Hizbullah silahlı qrupuna qarşı əməliyyatlarını yaxından koordinasiya etməkdədirlər. Onlar iki ölkədə gedən döyüşlərdə və iki cəbhə arasında ilişib qalıblar.
Maraqlıdır ki, İsrail rejiminin Hizbullahla döyüşlərinin davam etməsinin fonunda Türkiyə, nəinki Suriyada Hizbullahla vuruşan yarımhərbçilərə dəstək verən yeganə ölkədir, həm də Ankara, Hizbullahın mövqelərinə belə, hücum edir və bu döyüşlər barədəki informasiyaları Təl-Əviv rejimi ilə paylaşır.