Ərdoğan yenə hansı əmrlə xarici siyasətini dəyişdi?
CHP lideri Kemal Kılıçdaroğlu Ərdoğana od püskürdü. O öz “X” hesabında Ərdoğan hakimiyyətini təniq atəşinə tutaraq deyib:
“Türkiyə 101 il əvvəl domino sırasında olmaqdan imtina edib.Demokratiya tacına bürünmüş Cümhuriyyətimiz hakimiyyət bölgüsü prinsipinə qayıtmayınca dövlətimizin gələcəyi təhdid və təhlükə altındadır.
Bölgəmiz od halqasına dönərkən, yüzlərlə hərbi bazalarla əhatə olunduğumuz halda, bizim xarici siyasətdə yan keçməyə, səhv etməyə haqqımız yoxdur. Dövlət günlük düşünə bilməz! Dövlətin reaksiyası gecikə bilməz! Dövlət öz xalqı ilə ayaqda qalar, onun suverenliyini təhlükə altına qoya bilməz! Xalqın demoqrafik strukturunu dəyişdirə bilməz!
Bağdad Tripoliyə; Tripoli Dəməşqə; Dəməşq Ankaraya baxır.
İki ay əvvəl “Suriya ilə sülh danışıqları aparmaq istəyirəm” deyən Ərdoğan yenə hansı əmrlə yenidən xarici siyasətdə istiqamətini dəyişir?
Qonşunun evində yanğın qopanda, dava gedəndə sən öz evində rahatlıq tapa bilməzsən.
Türkiyə bütün gücləri öz altında cəmləşdirən, ələ keçirilə və təhdid edilə bilən bu tək adamlı Saray Rejimindən ən qısa zamanda qurtulmalıdır. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin ayrılması müəyyən edilərək; Onu xarici siyasət, ədliyyə, iqtisadiyyat, təhsil, səhiyyə və təhlükəsizlik məsələlərində inqilab edə biləcək ixtisaslı kadrlar idarə etməlidir.