Yan 22, 2025 13:41 Asia/Baku
  • Əkrəm İmamoğlu barəsində istintaq başladıldı

Türkiyə prezidenti yenidən seşkilərdə namizəd olacağının anonsunu verdikdən sonra potensial rəqiblərini sıradan çıxarmağa start verib.

İstanbul Baş Prokurorluğundan bildiriblər ki, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.

Məlumata görə, buna səbəb İmamoğlunun qatıldığı televiziya verilişlərinin birində İstanbulun Baş prokuroru Akın Gürlek və ailəsi haqqında işlətdiyi sözlərdir.

Qeyd olunur ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun haqqında “Terror və təhdidlə mübarizədə çalışan insanları hədəfə alma” cinayətləri ilə bağlı rəsmi istintaq başladılıb.

İmamoğlu bu ittihamı rədd edərək deyib ki, Cümhuriyyət Xalq Partiyasının gənclər təşkilatının rəhbərinin işi ilə bağlı İstanbul prokurorluğunun fəaliyyətini tənqid etdiyinə xatir məsuliyyətə cəlb olunur. Bundan bir qədər əvvəl CHP gənclər qanadının rəhbəri Cem Aydın İstanbul baş prokurorunu təhqir etməkdə ittiham edilərək həbs edilib. Cem Aydın İmamoğluna yaxın fiqur hesab olunur.

Digər tərəfdən Türkiyənin millətçi Zəfər Partiyasının lideri Ümid Özdağ yanvarın 20-də Ankaradakı restoranlardan birində “prezidenti təhqir etdiyi” iddiası ilə saxlanılıb.

Özdağ Antalyada Zəfər Partiyasının əyalət başçılarının məşvərət toplantısında Rəcəb Təyyib Ərdoğanın siyasətini və hərəkətlərini sərt şəkildə tənqid edərək, “Heç bir səlib yürüşü türk millətini bu qədər ateist edə bilməzdi” deməsindən sonra baş verib.