Kartalkayada otel yanğınında daha 7 şübhəli həbs edilib.
Yan 25, 2025 17:41 Asia/Baku
Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki "Grand Kartal" otelində baş verən yanğından sonra daha 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Anadolu agentliyinin məlumatına görə, prokurorluğun açıqlamasına əsasən, bu şəxslər otel müdiri, mühasibat müdiri, otel aşpazı, elektrik texniki və üç nəfər mətbəx işçisindən ibarətdir. Bundan əvvəl kompleksin sahibi "Halit (Xalid) Ergül" və şirkətin baş direktoru "Emir Aras" da saxlanılmışdı və bu şəxslərin də əlavə edilməsi ilə otellə əlaqəli iş üzrə saxlanılanların sayı 9 nəfərə çatıb.Həmçinin bildirilib ki, işəgötürmə təhlükəsizliyi üzrə mütəxəssis məhkəmə qərarı ilə zaminə buraxılıb.