Əhməd əş-Şaraa Ərdoğan ilə görüşüb
Fev 05, 2025 12:35 Asia/Baku
Suriya keçid hökumət başçısı Əhməd əş-Şaraa Ankarada səfərdədir. Onu prezident səviyyəsində qəbul edən Ərdoğan, ilk rəsmi görüşlərində Suriya və Türkiyə arasında görüşlər və münasibətlərin günü-gündən artacağına ümid edib.
Əl-Şaraa, Ərdoğana Suriyadakı keçid mərhələsi uğrunda göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Görüşdən verilən məlumata əsasən, ələvilərin hüquqlarının açıq-aydın pozulması və Suriya ərazisinin bir hissəsinin İsrail rejimi tərəfindən işğal edilməsinə qarşı Türkiyə rərəfindən heç bir etiraz edilməyib.