Fev 11, 2025 11:00 Asia/Baku
  • Türkiyə xalqı hökumətin etirazına baxmayaraq Qəzzəyə dəstəyini davam etdirir

Ərdoğan hakimiyyətinə ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP), Fələstin xalqına dəstək olmaq və Donald Trampın Qəzzə ilə bağlı təhdidlərinə qarşı olduqlarını bildirmək üçün etiraz yürüşü keçirməyi planlaşdırırdı.

Bu partiya gənclər və qadınlardan ibarət iki dəstənin iştirakı ilə iki yüz mindən çox fələstin dəstəkçilərini bir araya gətirəcəyini və İstanbuldakı Qalata körpüsündə Donald Trampa və ABŞ-a qarşı şüarlar səsləndirəcəyini açıqlamışdı.Lakin İstanbul valiliyi bəyanat yayaraq, bu partiyanın belə bir tədbir keçirmək hüququnun olmadığını və itaətsizlik olarsa, polisin icazəsiz nümayişçilərə müdaxilə edəcəyini açıqladı.Ankarada nəşr olunan Qərar qəzeti Cümhuriyyət Xalq Partiyasının adından açıqlama yayaraq, Ərdoğan hökumətinin Fələstin tərəfdarlarına qarşı bu hərəkətinin tamamilə siyasi və partiya yönümlü bir qarşıdurma olduğunu bildirdi.