PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 282 nəfər həbs edildi
https://azeri.sahartv.ir/news/türkiyə-i418492-pkk_terror_təşkilatına_üzv_olmaqda_şübhəli_bilinən_282_nəfər_həbs_edildi
Bu əməliyyat Respublika Prokurorluqları, Terrorla Mübarizə Baş İdarəsi və Kəşfiyyat Təşkilatının koordinasiyası ilə əyalət polis qüvvələri tərəfindən həyata keçirilib.
(last modified 2025-02-18T06:57:05+00:00 )
Fev 18, 2025 10:56 Asia/Baku
  • PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 282 nəfər həbs edildi

Bu əməliyyat Respublika Prokurorluqları, Terrorla Mübarizə Baş İdarəsi və Kəşfiyyat Təşkilatının koordinasiyası ilə əyalət polis qüvvələri tərəfindən həyata keçirilib.

Türkiyənin daxili işlər naziri bildirib ki, son beş gün ərzində ölkənin 51 əyalətində PKK/KCK terror təşkilatına qarşı həyata keçirilən 'Gürz-46' əməliyyatında 282 nəfər şübhəli saxlanılıb.Anadolu agentliyinə istinadən, Ali Yerlikaya deyib: Bu əməliyyat Respublika Prokurorluqları, Terrorla Mübarizə Baş İdarəsi və Kəşfiyyat Təşkilatının koordinasiyası ilə vilayət polis qüvvələri tərəfindən həyata keçirilib. Bu əməliyyat zamanı terror təşkilatına maliyyə təminatı verən, qadağan olunmuş nəşrləri hazırlayan və qanunsuz fəaliyyətlər zamanı zorakı etirazlarda iştirak edən şəxslər müəyyən edilərək həbs ediliblər.Bu əməliyyat Ankara, İstanbul və İzmir də daxil olmaqla 51 əyalətdə həyata keçirilib və 282 nəfər şübhəlinin həbsinə, 2 ədəd AK-47 (Kalaşnikov) avtomatı, səkkiz lisenziyasız ov tüfəngi, beş qanunsuz tapança, üç təlim silahı və çoxlu sayda rəqəmsal avadanlıqların aşkar edilməsinə səbəb olub.Yerlikaya vurğulayıb: Biz Türkiyəni terrorizmdən azad etmək və xalqımızın asayişini, birliyini və həmrəyliyini qorumaq üçün hər hansı terror fəaliyyətini ölkəmizdən kökündən çıxarmaqda qərarlıyıq.