Statistika ürəkaçan deyil
Türkiyə xalqı gündən-günə yoxsullaşır
Türkiyə Statistika İdarəsi ölkə əhalisinin məişəti ilə bağlı tükürpədici məlumat yayıb.
Məlumatına görə, hər 100 nəfərdən yalnız 14-ü “insani” həyat meyarlarına cavab verən həyat sürür. Ancaq dörd nəfərlik bir ailə üçün yoxsulluq həddi 79 min lirə olaraq götürüldükdə bu nisbət yüzdə 90-a yaxınlaşır. Ekspertlər isə gerçək vəziyyətin rəsmi məlumatlarda olduğundan daha ağır olduğunu iddia edirlər. Məsələni şərh edən azərbaycanlı politoloq Xaqani Cəfərli öz feysbuk hesabında yazıb: "Bu məlumat Türkiyənin səfalətin ən yüksək olduğu ölkələrdən biri olması haqqında beynəlxalq təsisatların və mütəxəsilərin fikirlərinin gerçəkliyini əks etdirir. O həmçinin qeyd edib ki, Türkiyədə dəhşətli miqyas alan yoxsulluğun yaratdığı mənzərə ən azından bu yüzillikdə dəyişməyəcək. Xaqani Cəfərlinin fikrincə, hakimiyyətin dəyişməsi yoxsulluğun qismən azalmasına, “insani” həyat meyarlarına cavab verən həyat sürənlərin faizinin 25-30 faizə yüksəlməsinə səbəb ola bilər, amma bu əsrdə 50 faizi keçməsi mümkün deyil.