İstanbul əhalisi qadağalara məhəl qoymur
300 min insan İmamoğlu üçün küçələrə axışdı
Martın 21-i axşam saatlarında İstanbulda baş tutan mitinqdə 300 min insan iştirak edib.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Özgür Özəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun azadlığı tələbi ilə keçirilən mitinqin möhtəşəm keçirildiyini söyləyib və deyib ki, etirazçılara qarşı su şırnağı istifadə edilsə də, nümayişçilər meydanı tərk etməyib.Qeyd edək ki, Ə.İmamoğlu 19 martda korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamları ilə saxlanılıb.Bu arada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan CHP tərəfdarlarını açıq şəkildə təhdid edərək onları küçə etirazlarına son qoymağa çağırıb.Ərdoğan deyib: “Hakimiyyət müxalifət dairələrinin küçələrə xaos salmaq və ölkədə sabitliyi pozmaq cəhdlərinə göz yummayacaq. Korrupsiyaya qarşı əməliyyatı bəhanə edərək, İstanbul küçələrində xaos yaratmaq cəhdlərinin şahidi oluruq. Sırf qazanc və soyğunçuluq planlarının ört-basdır edilməsi üçün millətimizin əmin-amanlığını təhdid etmək, Türkiyədə terror cəhdlərinə göz yummayacağıq. Etirazlar qanunsuzdur, bu küçə terroruna boyun əyməyəcəyik”.