Mart 25, 2025 14:46 Asia/Baku
  • Türkiyədəki etirazlarda mindən çox etirazçi həbs edilib

Türkiyənin daxili işlər naziri ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı 1133 etirazçının həbs edildiyini açıqlayıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib: "19-23 mart tarixləri arasında keçirilən nümayişlərdə 1133 nəfər saxlanılıb ki, onlardan bəzilərinin terror təşkilatları ilə əlaqəsi var”.

Yerlikaya, həmçinin bildirib ki, polislə etirazçılar arasında baş verən toqquşmalar zamanı 123 polis yaralanıb.

Türkiyədə istənilən toplantı və nümayişlərin qadağan edilməsinə baxmayaraq, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və onunla birlikdə 99 bələdiyyə işçisinin saxlanılmasına, məhkum edilməsinə və işdən çıxarılmasına qarşı etirazlar və oturaq aksiyalar bir çox şəhərlərdə, xüsusilə də İstanbul, İzmir və Ankarada hələ də davam edir və etirazçılarla polis qüvvələri arasında toqquşmalara səbəb olub.