Türkiyədə həbs olunanların sayı artmaqdadır
Mart 26, 2025 17:05 Asia/Baku
Türkiyə Daxili İşlər Nazirliyi İstanbul bələdiyyə sədrinin həbsinə etiraz olaraq 6 gün davam edən nümayişlərdə 1400-dən çox türk etirazçının həbs edildiyini açıqlayıb.
İstanbul bələdiyyə sədri və Ərdoğanın seçkilərdəki rəqibi Əkrəm İmamoğlunun korrupsiya və terror qruplaşmaları ilə əlaqədə ittiham edilərək həbs edilməsi Türkiyədə geniş etirazlara səbəb olub.