Ərdoğanın müxalifləri İmamoğlunun partiyasının çağırışı ilə yürüş keçiriblər
Türkiyədəki etirazçılar bir daha İstanbul küçə və prospektlərinə geri dönüblər.
On minlərlə insan/ dünən İstanbulun məhbəsə atılmış bələdiyyə sədri Əkrəm İmamoğluya dəstək vermək üçün şəhərin Maltəpə bölgəsində aksiya keçirib. Aksiya Türkiyədə əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası- CHP tərəfindən təşkil edilib. Bu partiya İmamoğlunu prezidentliyə namizəd irəli sürüb.
Cümhuriyyət Xalq Partiyası rəhbərinin/ İmamoğlunun doğulduğu məkan olan Trabzona bu gün baş tutacaq səfəri ilə bir zamanda növbəti aksiyanın keçirilməsi planlaşdırılır.
İstanbul valiliyinin bildirdiyinə görə, dünən bu şəhərdə keçirilən aksiya səbəbindən, avtomobillərin hərəkət etdikləri bəzi yollar bağlanıbdır.
Məlumatlara görə, etirazların start götürdüyü martın on doqquzundan bəri iki minə yaxın insan həbs olunub, jurnalistlər və müxbirlərə qarşı məhdudiyyətlər tətbiq edilib.
Bir isveçli reportyor da daxil olmaqla azı on üç nəfər saxlanılıb. BBC müxbiri isə İstanbuldan qovulubdur.
İstanbul meri Əkrəm İmamoğlu, cinayət məhkəməsinin qərarı ilə martın on doqquzunda həbs olunub. O, «korrupsiya»da ittiham edilib.
Bu hadisə/ Türkiyənin doqquz şəhərində keçirilən geniş etiraz aksiyalarında İmamoğlunun hamilərindən üç yüz nəfərdən çox insanın həbs edilməsindən bir gün sonra baş verib.
İstanbul bələdiyyə sədri hazırkı Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın əsas rəqibi sayılır.
Ərdoğanla müxalif partiya olan Cümhuriyyət Xalq Partiyasının İmamoğlunu Türkiyə prezident seçkilərinə namizəd irəli sürməyi planlaşdırdığı halda, o, həbs edildi. Buna baxmayaraq, CHP İmamoğlunun prezidentliyə namizədliyini onun həbs olunmasından sonra da elan etdi.
Ərdoğanı tənqid edənlər İmamoğlunun həbs edilməsinin məhz onun prezident seçkilərinə namizədliyini əngəlləmək məqsədilə həyata keçirildiyini bildirirlər.