Sionist rejim həddini aşıb
Türkiyə İsrailin gəmiyə hücumunu qınadı
Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq işğaıçı İsrail rejiminin “Azadlıq donanması” gəmisinə hücumunu pisləyib.
Xarici İşlər Nazirliyinin sözçüsü Önçü Keçel Qəzzənin blokadasını yarmaq istəyən “Azadlıq donanması” gəmisinə edilən hücumu şərh edərkən deyib ki, hücumun detalları ən qısa vaxtda üzə çıxarılacaq və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaqdır.
Qeyd edək ki, Qəzzə sahillərində Azadlıq Donanmasına məxsus yardım gəmisi İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Bildirilib ki, PUA zərbəsi gəmidə yanğına səbəb olub.
Gəmi hazırda Malta sahillərində beynəlxalq sularda lövbər salıb.
Qeyd edək ki, 2024-cü ildə bir neçə ölkədən olan sülh fəalları tərəfindən yaradılan Azadlıq Donanması fələstinlilərə humanitar yardım çatdırmaq üçün gəmidən istifadə edir.