Türkiyədə yanacağın qiyməti artıb
Türkiyədə benzin və dizel yanacağının qiyməti yenidən artıb.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu bildirib ki, qlobal bazarlarda neftin qiymətində və valyuta məzənnəsində baş verən dəyişikliklər fonunda 14 may tarixindən etibarən benzinin hər litrinin qiyməti 1,5 lirə, dizel yanacağının qiyməti isə 15 may tarixindən etibarən 1,3 lirə artacaq.
Bu cari ildə Türkiyədə yanacaqların qiymətində beşinci artım hesab olunur.
Elan olunan ən son qiymətlərə əsasən, yanacaqdoldurma məntəqələrində Benzinin hər litri 45,93 lirəyə, dizelin hər litri 45,5 lirəyə, maye qaz isə 26,9 lirəyə satılacaq.
Ekspertlər hesab edirlər ki, neftin dünya bazarlarındakı qiyməti, valyuta məzənnəsi və xüsusi istehlak vergisinin artması ilə yanaşı qiymət artımına səbəb olan əsas amillərdir və yaxın günlərdə qiymət artımının davam edəcəyi ehtimalı da var.