May 30, 2025 19:05 Asia/Baku
  • Ərdoğan İranın «Zəngəzur dəhlizi»nə dəstək verməsini istəyib

Türkiyə prezidenti Azərbaycan Respublikasından geri dönərkən müxbirlərlə müsahibədə İranı Ermənistan ərazisində «Zəngəzur dəhlizi»nin yaradılmasına dəstək verməyə çağırıb.

Rəcəb Tayyıp Ərdoğan «Zəngəzur dəhlizi» barədə belə deyib: Hazırda Cənubi Qafqazda sülh və asayişin şahidi olmaq istəyirik. İrandan regionda sülhün xidmətində atılan addımlara dəstək verməsini gözləyirik.

Ərdoğan deyib: «Zəngəzur dəhlizi» təkcə Azərbaycan Respublikası ilə Naxçıvan üçün bir quru yolu deyil, həm də yeni birləşmə xətti olaraq, qısa müddətdə Cənubi Qafqazda nəqiyyat və enerji infrastrukturlarının güclənməsinə səbəb olacaq.

Ermənistan milli təhlükəsizlik ali şurasının katibi Armen Qriqoryan son zamanlar, Tehran Dialoq Forumunda çıxış edərkən «Zəngəzur dəhlizi» adlandırılan koridor məsələsi ilə bağlı, belə dedi: Açığını deyim: Heç bir dəhliz barədə söhbət belə gedə bilməz. Hətta biz belə bir termindən istifadə etmirik. Amma biz bu barədə söhbət edirik ki, necə regional kommunikasiyaları donmuş vəziyyətdən çıxara, sülh və sabitliyi regiona gətirə və inkişafı mümkün edə bilərik?

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani də bundan qabaq bir mətbuat konfransında belə demişdi: İran regionda yeganə ölkədir ki, onun «Zəngəzur» adlandırılan koridor barədəki mövqeyi Ermənistanın mövqeyi ilə üst-üstə düşür.

Sübhaninin sözlərinə görə, İran bu məsələdə Ermənistanı himayə edir, zira bu məsələ hər iki ölkənin zərərinədir.

Sübhani vurğulayıb: Biz məntiqlə «Zəngəzur dəhlizi»nə qarşıyıq, beynəlxalq nəzarət altında olacaq istənilən yola qarşıyıq və sərhədlərin dəyişməsilə nəticələnəcək hər bir halı rədd edirik.