Türkiyənin qərbində güclü zəlzələ olub
İyun 10, 2025 19:15 Asia/Baku
Türkiyənin qərbində nisbətən güclü zəlzələ baş verib.
Zəlzələ bu gün yerli vaxtla saat 13:15-də Kütahya vilayətinin Simav rayonunda baş verib.
Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların idarə Olunması İdarəsi AFAD zəlzələnin böyüklüyünün Rixter şkalası ilə 4,5 bal gücündə olduğunu və yerin 7 kilometr dərinliyində baş verdiyini bildirib.
Zəlzələ nəticəsində mümkün xəsarətlər barədə hər hansı bir məlumat verilməyib.