İyul 19, 2025 16:06 Asia/Baku
  • Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Aparatı məlumat yayaıb.

Məlumata əsasən, Ərdoğan zəng zamanı Suriyada yeni hərbi eskalasiyanın bütün regionu təhdid etdiyini və İsrailin Suriyanın suverenliyini pozmamalı olduğunu vurğulayıb.

Kreml də öz növbəsində bəyan edib ki, Putin və Ərdoğan Suriyada vəziyyətin dialoq və milli konsensusun gücləndirilməsi yolu ilə sabitləşdirilməsinin vacibliyini vurğulayıblar.

İki prezident, həmçinin Ukrayna münaqişəsi və danışıqların üçüncü raundunun İstanbulda keçirilməsinin mümkünlüyü barədə də fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti Ukrayna ilə bağlı danışıqların İstanbulda davam etdirilməsinin vacibliyini, ölkəsinin bu danışıqlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.