6,1 bal gücündə zəlzələ Türkiyədə on ikidən çox binanı dağıdıb
Türkiyənin başçıları bildiriblər ki, dünən axşam bu ölkənin qərbində Rixter şkalası ilə 6,1 bal gücündə baş verən zəlzələ nəticəsində on ikidən çox bina dağılıb, bir neçə nəfər də yaralanıbdır.
Yeraltı təkan yerli vaxtla dünən saat 19:53 dəqiqədə Balıkesir əyalətinin Sındırqı bölgəsində baş verib,/ Manisa, İzmir, Uşak və Bursa əyalətlərində də hiss olunub.
Rixter şkalası ilə üç baldan yuxarı yeddi afterşok qeydə alınıb. Yerlərdə xəsarətlərin araşdırılması həyata keçirilir.
Azı iki nəfər dağılmış bir binanın uçqunları altında qalıb. Dörd nəfər də digər binaların uçqunları altından çıxarılıb.
Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu «X» sosial şəbəkəsində bildiribdir ki, dörd nəfər xəstəxanada müalicə alır və onlardan heç birinin sağlamlıq durumu təhlükəli deyil.
Zəlzələdən zərər çəkənlərə empatiya ifadə edən Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan zəlzələnin nəticələrini yaxından təqib edəcəyini bildirib.