Şəhid general-leytenant pasdar Qasem Soleymaninin vidalaşma və dəfn mərasimləri barədə məlumat verilib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi İslam ordusunun başıuca general-leytenantı Qasem Soleymaninin və onunla yanaşı olanların cənazələrinin vidalaşma və dəfn mərasimləri barədə məlumat verib.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi dünən gecə bildirib ki, general Soleymani və onunla yanaşı şəhid olanların pak cənazələri ilə vidalaşma mərasimi İslami İrana daxil olduqdan sonra yanvarın beşi səhər müqəddəs Məşhəd şəhərində, dünya şiələrinin səkkinci imamı Həzrət Əli ibn Musa Əl-Rza(ə)-ın ilahi və nurlu barigahının ətrafında keçiriləcək.
Həmçinin Tehranda vidalaşma mərasimi yanvarın altısı səhər keçiriləcək. Sonra bu ümmət və vilayət əsgərinin pak cənazəsi yanvarın yeddisində Kermanda müşayiət olunaraq dəfn ediləcək.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymani və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis, həmçinin bir neçə digər şəxs dünən səhər tezdən amerikalı terrorçu və təcavüzkar qüvvələrin Bağdad hava limanına qarşı hava hücumunda şəhid edildilər.