Yan 22, 2020 17:30 Asia/Baku

İranın Cenevrədə yerləşən BMT-nin Avropa mənzail qərargahındakı daimi səfiri və nümayəndəsi yanvarın 21-də 2020-ci ilin ilk tərk-silah konfransında etdiyi çıxışında ABŞ-ın generl Süleymani və silahdaşlarını qorxaqcasına terror etməsini regionun sülh və təhlükəsizliyinə dəhşətli bir zərbə, insan sivilizasiyasının prinsiplərini ələ salmaq və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq hərəkəti kimi qiymətləndirib.

İRİB-nin məlumatına görə, bu konfransda Yaxın Şərqdə mövcud olan zorakılıqlar, xaos, terror, de-stabillik, etibarsızlıq və xalqlar arasındakı təfriqəni yalnız ABŞ-ın regionda varlığının nəticəsi xarakterizə edən İsmail Bəqaii Hamane vurğulayıb: " Yüksək rütbəli bir zabiti başqa ölkədə rəsmi səfərdə olarkən terro etməyin qarşısında susmaq cinayətkarların daha da həyasız və qəddar olmalarına gətirib çıxaracaq".

İranın BMT-nin Cenevrədəki daimi nümayəndəsi ABŞ-ın terrorçu cinayətinin beynəlxalq hüquq və etik qaydalara olan faciəli nəticələri barədə xəbərdarlıq edib və cinayətin adiləşdirilməsi ilə mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyəti susmamağa çağırıb.

Bəqaii Hamane sözlərinin davamında İranın, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Süleymaninin terror edilməsinə reaksiyasını məsuliyyətli, beynəlxalq normalara uyğun olduğunu və İranın zati özünü-müdafiə etmək haqqı çərçivəsində həyata keçirildiyini bildirib və ölkəsinin öz suverenliyi, ərazi bütövlüyü və ləyaqətini qorumaqda qətiyyətli və əzmkar olduğunu söyləyib.

İranlı diplomat sonda ABŞ səfirinə xitbən deyib: "Siz iranlıların gəhrəmanını terror etdiniz, lakin elə bir mif yaratdiz ki, onların ürəyi və zehnində zülm və ədalətsizliyə qarşı müqavimət göstərmək və dayanmaq üçün ilham qaynaqı olaraq, əbədi qalacaqdır".

Ordu generalı Hacı Qasim Süleymani İraqın xalq səfərbər təşkilatı Həşdüş-Şəbinin komandan müavini Əbu Mehdi Əl-Mühəndis və silahdaşlarından 8 nəfəri ilə birlikdə 2020-ci il yanvarın 3-də səhər saatlarında ABŞ-ın terrorçu və təcavüzkar qüvvələrinin Bağdad aeroportu yaxınlığına hava hücumu nəticəsində şəhid edildilər.

Teqlər