İranlı yeniyetmələr dünyanın ən yaxşı 8 komandası arasında
https://azeri.sahartv.ir/news/İdman-i285406-İranlı_yeniyetmələr_dünyanın_ən_yaxşı_8_komandası_arasında
Hindistanda keçirilən yeniyetmələr arası Dünya Futbol Çempionatında İran və Meksika yığmaları arasında baş tutan görüşün sonunda Çəməniyanın yetirmələri 2-1 hesabı ilə qələbə çalaraq, ilk dəfə olaraq bu yarışların dörddə bir final mərhələsinə yüksəlməyi bacarıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 15:33 Asia/Baku

Hindistanda keçirilən yeniyetmələr arası Dünya Futbol Çempionatında İran və Meksika yığmaları arasında baş tutan görüşün sonunda Çəməniyanın yetirmələri 2-1 hesabı ilə qələbə çalaraq, ilk dəfə olaraq bu yarışların dörddə bir final mərhələsinə yüksəlməyi bacarıblar.

Matçın 1-ci hissəsində İranın yeniyetmələrdən ibarət yığma komandası oyuna çox aktiv başladı və 7-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq formada yerinə yetirən Mehdi Şərifi komandasının 1-0 önə çıxmasına səbəb oldu. Oyunun davamında İran yığması hücumlarını bir qədər də artırdı və 4 dəqiqə sonra Əlhəyar Səyyadməneş Meksika komandasının qapısına vurduğu qol ilə hesabı 2-0 İran yığmasının xeyrinə dəyişdi. Oyunun birinci yarısından məğlub olaraq ayrılmaq istəməyən Meksika yığması 37-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxmağı bacardı. Delarossanın vurduğu zərbə ilə oyunun birinci yarısı 2-1 hesabı ilə İranın xeyrinə başa çatdı.

Oyunun ikinci yarısında İran komandası ehtiyatlı oynamağa çalışdıqları üçün, Meksika yığması daha yaxşı oyun nümayiş etdirmiş oldu.

Görüşün 63-cü dəqiqəsində İran  yığması üçün daha bir qol şəraiti yaransa da, Meksikalı qapıçı bu təhlükəni məharətlə önləməyi bacardı. Oyunun davamında Meksika yığması iki dəfə təhlükəli şərait yaratdı və qapı dirəkləri İran komandasının köməyinə çataraq, topların qapıya girməsinə mane oldu.

Oyunun son dəqiqələrində İran yığması bir daha qol fürsəti əldə etsə də, hücumçular bu fürsəti qola çevirə bilmədilər.

Beləliklə, oyun 2-1 hesabı ilə İran yığmasının xeyrinə başa çatdı və ilk dəfə olaraq İran yığması yeniyetmələr üzrə dünya çempionatının final mərhələsinə yüksəlmiş oldu.

İran yığması Dünya Çempionatının  yarım final mərhələsinə yüksəlmək üçün bazar günü İspaniya yığmasını məğlub etməli olacaq.