İyul 06, 2015 13:13 Asia/Baku
  • Avropa şirkətləri İran bazarına investisiyada rəqabət aparırlar
    Avropa şirkətləri İran bazarına investisiyada rəqabət aparırlar

İran və 5+1 qrupu arasnda nüvə müzakirələrinin davam etməsi və ehtimal olunan anlaşma İranın böyük və potensiallı bazarında investisiya yatırmaq üçün Avropa şirkətlərinin rəqabəti artıb.

Səhər Beynəlxalq Televiziyasının Mardomsalari qəzetinin bugünkü sayına istinadla verdiyi məlumata görə, istənilən anlşamanın ilk cəhəti İran bazarının açılması olacaq və bütün qərb ölkələri bunu gözləyirlər.
Bu məlumatın davamında bildirilir: Avroa iqtisadi müəssisələrinin qiymətləndirməsinə görə, İran 78 milyon əhali ilə dünyanın 4-cü böyük neft ehtiyatı və 2-ci böyük qaz ehtiyatına malikdir. Qərb qüdrətləri ilə istənilən anlaşma sanksiyaların ləğvinə səbəb olacaqdır.
Məlumata görə, uzun müddətdir İran bazarından uzaq qalan Amerika şirkətləri öz növbələrində geri qayıtmağa maraqlıdırlar.
Fransanın Sahibkarlar Federasiyasının heyəti MEDEF 2015-ci il sentyabr ayında əlaqələrin gücləndirilməsi məqsədilə İrana səfər edəcək.

Teqlər