İyul 31, 2015 22:27 Asia/Baku
  • Zərif-Moqerini
    Zərif-Moqerini

Avropa Birliyi Tehran əleyhinə tətbiq olunmuş bəzi sanksiyaların ləğvini rəsmən təsdiqləyib.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Avropa Şurası bir bəyanatda bildirib: Avropa Birliyinin bu qərarı İranın nüvə proqraqmı üzrə anlaşama istiqamətində verilib. İran bu anlaşmaya əsasən öhdəlik verib ki, atom silahlarını əldə etmək üçün heç bir səy göstərməsin.
Avropa Şurası Müştərək Təşəbbüs Proqramının icrası istiqamətində ilk hüquqi addımlarını atıb. Bu anlaşma 2015-ci il 14 iyulda Vyanada əldə olunub.
Avropa Şurası xatırladıb: BMT Təhlükəsizlik Şurasının bəzi sanksiyaların ləğv olunması üzrə qətnaməsi nüvə proqramı ilə əlaqədar bəzi təchizaların nəql edilməsi, Fordo obyektində bəzi dəyişikliklərin tətbiq olunması, Ərak reaktorunun modernləşdirilməsinə şamil olur. Bu addımlardan əlavə Müştərək Təşəbbüs Proqramında qeyd olunan bəzi zəruri öhdəliklərin icrası üçün zəruri fəaliyyətlərə də şamil olur.

Teqlər